03.05.2016

    Göyçay RTŞ-də 2016-cı il aprel ayı ərzində  keçirilən tədbirlər haqqında

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turunun qalibi, şəhər 3 №-li tam orta məktəbin IX sinif şagirdi Babayeva Afər Pərviz qızı respublika müsabiqəsində müvəfəqiyyətlə iştirak etmişdir.

        Rayon məktəblilərindən ibarət “Göyçay” komandası Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə Yevlax şəhərində keçirilən “Qələbəyə doğru” intellektual bilik yarışmasında  III yeri tutmuşdur.

        Rayon məktəbləri arasında keçirilən “Nə? Harada? Nə vaxt?” intellektual bilik yarışmasının final turu 06.04.2016-cı il tarixdə keçirilmiş, Qaraxıdır kənd tam orta məktəbinin komandası I yeri tutaraq keçici kuboku qazanmışdır.

        “Şahin” hərbi idman oyunlarının rayon turu 08.04.2016-cı il tarixdə təşkil edilmiş, şəhər 7 №-li tam orta məktəbinin komandası rayon turunun qalibi olmuş və zona turuna vəsiqə qazanmışdır.

        Rayon məktəbliləri arasında uzun məsafəyə kross yarışlarında Mırtı kənd tam orta məktəbin şagirdləri komanda hesabında fəxri I yeri tutmuşdur.

        Qabaqcıl iş təcrübəsini   öyrənib tətbiq etmək məqsədi ilə rayon miqyaslı açıq dərslərin təşkili davam etdirilmiş, təşkil edilən dərslərdə ən müasir təlim materiallarından, informasiya  - kommuniasiya vasitələrindən səmərəli istifadə edən  şəhər 1 №-li tam orta məktəbin müəllimi Tehranə Hacıyeva, şəhər 3 №-li tam orta məktəbin müəllimləri  Təranə Mirzəyeva, Kəmalə Səmədova, Ləkçıplaq kənd 2 №-li tam orta məktəbin müəllimi Samirə Əhmədova  və Ulaşlı-Şıxlı kənd tam orta məktəbin müəllimi Aynur Mahmudovanın qabaqcıl iş təcrübələrinin öyrənilib tətbiq edilməsi qərara alınmışdır.

        Şəhər 1, 2, 5, 9 №-li, İnçə, Mırtı, Qaraməryəm  və Ləkçıplaq  kənd  1№-li tam orta məktəblərinin VII, VIII sinif şagirdləri arasında ana dili və riyaziyyat fənləri üzrə monitorinqlər təşkil edilmişdir.

        Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş təşkilatlar arasında mini futbol üzrə rayon birinciliyinə start verilmişdir. RTŞ komandasının keçirdiyi görüşçün nəticələri aşağıdakı kimi olmuşdur.

RTŞ – “Axsess” bank 1:2

RTŞ – RİH     5: 5