03.05.2016

  Hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində keçilən silsilə tədbirlər. 

 2016-cı ilin aprel ayının 5-dən R. Rza adına Göycay şəhər 1 nömrəli tam orta məktəbdə   hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində keçilən silsilə tədbirlər keçirilir. Hər dərs günü səhər məktəb xəttində Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra ayrı-ayrı siniflər vətənpərvərlik mövzusunda hazirladıqları kompozisiyaları təqdim edir. Vətənlə bağli şeirlər söylənir, mahnılar oxunur, ordumuzun şərəfinə şuarlar səslənir. Vətənpərvərlik mövzusunda şeir və rəsm müsabiqəsi keçirilmişdi. Şagirdlərimiz Hərbi Hissələrə əsgərlərimizi rəğbətləndirən məktublar göndərirlər. 

    Məktəbin 100-dən çox müəllimləri və yuxarı sinif şagirdləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının ABŞ prezidentinə etdiyi müraciətə qoşularaq Azərbaycanın haqq səsini dəstəkləmişlər.

    26 aprel 2016-cı il tarixində "Zərdabi-İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi" çərcivəsində R. Rza adına Göyçay şəhər 1 nömrəli tam orta məktəbin IV siniflərdə Beynəlxalq monitorinq keçirilmişdir. 

    Monitorinqdə şagirdlərlə bərabər IV sinif müəllimləri, məktəb rəhbərliyi və valideyinlərdə iştirak etmişlər.