02.03.2018

Pedaqoji əməkdaşlıq əlaqələri yaradılıb

    Azərbaycan Respubliası Təhsil Nazirinin 05.01.2018-ci il tarixli 21 nömrəli əmrinə uyğun olaraq Göyçay və Ağdaş rayon pedaqoji işçiləri arasında əməkdaşlıq əlaqələri yaradılıb. Bu məqsədlə hər iki rayon Təhsil Şöbəsi müdirlərinin razılığı ilə geniş müzakirələr əsasında fəaliyyət planı hazırlanaraq icraya yönəldilib. Fəaliyyət planına uyğun olaraq   Ağdaş rayonu ümumtəhsil məktəblərində hər iki rayonun təhsil işçilərinin iştirakı ilə rayonlararası açıq dərslər dinlənilib, müzakirələr aparılıb, təcrübə mübadiləsi edilib. Açıq dərslər zamanı Ağdaş rayon məktəbləri ilə Göyçay rayon məktəbləri arasında internet əlaqələri yaradılıb, hər iki rayon məktəbliləri dərslərdə fəal iştirak edib. Növbəti açıq dərslərin Göyçay rayon məktəblərində təşkili planlaşdırılıb.


Açar sözlər: