02.03.2018

Ümumdünya Mülki – Müdafiə Günü keçirilib

    01.03.2018-ci il tarixdə Göyçay RTŞ inzibati binasının akt salonunda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə RTŞ müdiri E.İsmayılov açaraq ölkəmizdə Mülki Müdafiə sahəsində həyata keçirilən tədbirlərdən söhbət açdı. RTŞ Mülki Müdafiə Qərargahının rəisi R.Burcəliyev 2018-ci ildə sahədə qarşıda duran vəzifələrdən ətraflı bəhs etdi. RİH Mülki Müdafiə Qərargahının rəisi R.Zeynalov Mülki Müdafiə sahəsində rayonda həyata keçirilən tədbirlərdən danışaraq, qarşıda duran vəzifələri izah etdi.