16.03.2018

Pedaqoji əməkdaşlıq   tədbirləri davam etdirilir

    Pedaqoji əməkdaşlıq” layihəsi çərçivəsində Göyçay və Ağdaş rayonu pedaqoji işçilərinin görüşü keçirildi. Ağdaş rayon pedaqoji işçiləri Göyçay şəhər Heydər Əliyev adına mərkəzin önündə qarşılandı. Ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyuldu. Qarşılama mərasimində Göyçay şəhər 2 №-li tam orta məktəbin özfəaliyyət kollektivinin iştirakı ilə müxtəlif rəqs nömrələri nümayiş etdirildi. Daha sonra hər iki rayonun pedaqoji işçiləri “Şəhidlər Xiyabanı”nı ziyarət etdi.

    Hazırlanmış tədbirlər planına uyğun olaraq Göyçay şəhər 1, 2, 3, 4, 5,7 №-li, Ulaşlı-Şıxlı kənd, Ləkçıplaq kənd 1 və 2 №-li tam orta məktəblərində 16 nəfər müəllimin açıq dərsləri dinlənilərək müzakirə edildi.


Açar sözlər: