Məmmədov Rəşad Nəriman oğlu

Müdir

 

07 dekabr 1956-cı il Göyçay rayonun Bığır kəndində anadan olub.

1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirərək tarixçi,  tarix və ictimaiyyət müəllimi ixtisası  alıb. 1978-ci ilin  avqust  ayından 1979-cu ilin dekabr ayınadək Göyçay şəhər 2 saylı tam orta məktəbində  tarix müəllimi , 1980-cı ilin yanvar ayından 1985-ci  ilin mart ayınadək Azərbaycan LKGİ Göyçay  rayon  komitəsində statistik, məktəblər üzrə komsomol təşkilatçısı, katib, 1985-ci ilin aprel ayından  1991-ci ilin iyun ayınadək Azərbaycan KP Göyçay rayon  komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, ideoloji şöbə müdiri, katib, 1991-ci ilin iyul ayından 1992-ci ilin oktyabr ayınadək Bığır narçılıq sovxozunun direktoru, 1994-cü ilin yanvar ayından iyul ayınadək  Göyçay Konyak zavodu direktorunun müavini, 1994-cü ilin avqust ayından 1995-ci ilin oktyabr ayınadək  Xətai  adına kolxoz idarə  heyətinin sədri vəzifəsində işləyib.

1995-ci ilin noyabr  ayından  2005-ci ilin dekabr  ayınadək  şəhər 7 saylı tam orta  məktəbdə tarix müəllimi, 2006-cı ilin yanvarından  2009-cu ilin yanvarınadək internat tam orta  məktəbinin  direktoru, 2009-cu ilin yanvar ayından 2015-ci ilin fevral ayınadək Göyçay rayon İcra Hakimiyyəti  başçısının  Göyçay şəhər inzibati ərazi dairəsi  üzrə nümayəndəsi,  həmin ilin mart ayından  hal-hazıradək  Göyçay rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləyir.

YAP-nın üzvüdür.

Ailəlidir.