10.03.2021

Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır

 

Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilən VII qurulmasında partiyanın yaranmasını zəruri edən amillərdən, müstəqilliyin ilk illərində AXC-Müsavat cütlüyünün ölkəni xausa sürməsindən, YAP-ın yaranması, ümumilli lider Heydər Əliyevin qayıdışı ilə başlanan ardıcıl və davamlı siyasi mübarizələrdən, bu günün vəzifələrindən, VII qurultayın keçirilməsini zəruri edən səbəblərdən ətraflı bəhs edilmiş, ölkə Przidenti, möhtərəm İlham Əliyev cənablarının giriş və yekun nitqlərində yuxarıda qeyd olunan məsələlər ətraflı işıqlandırılmışdır.

Qeyd olunmuşdur ki, müstəqilliyin ilk illərində hakimiyyətə yiyələnən AXC-Müsavat cütlüyünün səriştəsiz, təcrübəsiz, qorxaq, mədəniyyətsiz rəhbərliyi nəticəsində ölkə xaosa sürüklənməyə başladı, müstəqilliyimizi itirmək qorxusu yarandı. Belə bir zamanda xalqın inadlı tələbi ilə ümumilli lider Heydər Əliyev ətrafında sıx birləşən, milli maraqları hər şeydən üstün tutan “91”lərin fəallığı ilə YAP yarandı və xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev Partiyaya rəhbər seçildi. Az müddətdə çox yol keçən YAP təşkilatlanma işini uğurla başa çatdırdı. Cənubi Qafqaz regionunda ən böyük partiya olacaq YAP uğurla siyasət meydanına atıldı. 1993-cü ilin oktyabr ayında xalqın mütləq əksəriyyətin dəstəyi ilə ümumilli lider ölkə Prezidenti seçildi. Ulu öndər prezident seçkilərindən keçən az müddət ərzində ölkəmiz uğurlu inkişaf yolunu tutdu. Ulu öndərin rəhbərliyi ilə keçən 1993-2003-cü illərdə 20 Yanvar faciəsinə siyasi qiymət verildi, Azərbaycan Konstitusiyası qəbul edildi, AXC-Müsavat cütlüyü tərəfindən qoyulan senzura ləğv edildi, siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı, ölkəyə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi və kadrların yetişdirliməsində önəmli addımlar atıldı. 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi və ölkə Prezidenti İlham Əliyev seçildi. Keçən 17 ildə qazanılan uğurlar Azərbaycanın II Vətən müharibəsində şanlı qələbəsi ilə nəticələndi. Azərbaycan regionun aparıcı dövlətinə, YAP isə regionun ən böyük siyasi qüvvəsinə çevrilmiş oldu. İndi dünyanın aparıcı ölkələri böyük məmnuniyyətlə Azərbaycanla tərəfdaşlıq ittifaqı çərçivəsində yer tutur. Ölkəmizin iqtisadi, siyasi, mənəvi gücü günbəgün artır və dünya ölkələri bu güclə hesablaşmağa vadar olurlar. Bu gün YAP öz fəaliyyətində digər siyasi qüvvələrlə əməkdaşlıq edir və edəcəkdir, xarci siyasətin milli maraqlar üzərində qurulması siyasəti dəyişməz qalacaqdır.

Azərbaycanın uğurlu siyasəti, yeni enerji və nəqliyyat dəhlizlərinin yaranması Avrasiya məkanında yeni üfülər açmaqdadır.

Qurultayda yaxın dövr üçün vəziflər də müəyyən edilmişdir. Bizim ən birinci vəzifəmiz Qarabağın yenidən bərpası vəzifəsidir. Bununla yanaşı islahatlar sahəsində ən müasir təcrübələrin tədbiqi, YAP-ın yeni proqramının hazırlanması, şəhid və qazi ailələrinə diqqətin artırılması, Böyük Qayıdış Proqramının icrası, gənc nəslin təhsilinə diqqətin artırılması, ölkəmizdə multikultralizimin inkişafı əsas vəzifələrdəndir.

Qurultayın verdiyi ən böyük mesaj isə bundan ibarətdir: Ümumilli lider Heydər Əliyevin təcrübəsi, biliyi, mübarizliyi, xalq qarşısında xidmətləri əsasında qurulan  Yeni Azərbaycan Partiyasıının siyasi liderliyi ilə Azərbaycan daha  böyük qələbələrə doğru inamla və İlhamla irəliləyəcəkdir.

 


Açar sözlər: