10.03.2021

Yeni Azərbaycan Partiyası- Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

 

        Bildiyimiz kimi 5 mart 2021-ci il tarixdə YAP-ın VII qurultayı keçirilmişdir. Ölkə Prezidenti qurultayda YAP-ın yaradılması zəruriliyi, müstəqil Azərbaycan dövlətinin siyasi, sosial və iqtisadi cəhətdən inkişafı üçün partiyanın mübarizəsi haqqında geniş və hərtərəfli nitq etmişdir. O, bildirmişdir ki, YAP ümumilli ider Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri xalq, qarşısından göstərdiyi xidmətlərin bəhrəsidir. Ölkə rəhbəri ümumilli liderin istər SSRİ tərkibində də, istərsə də müstəqillik dövründə Azərbaycan və Azərbaycançılıq uğrunda apardığı mübarizədən, Sovet İttifaqının saxlanması üçün keçirilən referendumda baş verən saxtakarlıqdan, 20 Yanvar faicəsinin baş vermə səbəblərindən və bu faciyəyə aparan yoldan, müstəqilliyin ilk illərindən Xalq cəbhəsi və Müsavat cütlüyünün buraxmış olduğu kobud səhvlərdən ətraflı bəhs etmişdir. Ümumilli ider Heydər Əliyevin 1993-cü ilin oktyabr ayında ölkə Prezidenti seçildikdən sonra həyata keçirdiyi önəmli siyasətdən bəhs edən İlham Əliyev Cənabları bildirmişdir ki, məhs Ulu öndərin qayıdışından sonra 20 Yanvar faciəsi əsl siyasi qiymətini almış oldu. Az müddətdə Azərbaycan beynalxalq təcriddən çıxaraq uğurlu inkişaf yolunu tutdu. Aparılan mübarizə, atıan addımlar Azərbaycanın davamlı və sürətli inkişafını təmin etdi. Ölkədə aparılan uğurlu enerji siyasəti, dövlətin milli maraqlarının qorunması, iqtisadi potensiyalın artması, davamlı iqtisadi siyasətin həyata keçirilməsi ölkəmizin güclənməsini təmin etmişdir və həyata keçirilən uğurlu iqtisadi islahatlar durmadan davam edəcəkdir.

         Tarixin təhrif edilməsi yol verilməzdir. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizələr nəticəsində yaranan ümidsizlik və çarəsizlik beynalxalq aləmdə Azərbaycanın imicini korladı. Azərbaycan ordusu ard-arda torpaqlarımızdan çəkildi, böyük ərazilər düşmən işğalı altına düşdü, müstəqilliyimizin itirilməsi üçün əsaslı şübhələr yarandı. Belə bir dövrdə Ümumilli Liderin  xalqın təkidli tələbi, “Xalq – Heydər”, “Heydər-Xalq ” şüarları ilə qayıdışı ölkəmizi gözləyən bəlalardan xilas etdi. Xalq öz nicatını Ulu Öndərin şəxsində tapdı.

         Azərbaycan durmadan inkişaf etdi, gücləndi, qüdrətləndi. Azərbaycanda həm iqtisadi, həm siyasi, həm də mənəvi üstünlüyün əldə edilməsi böyük qələbənin başlanğıcı oldu. Nəticədə ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda başlanan Vətən müharibəsi şanlı qələbə ilə yekunlaşdı, tarixi ədalət bərpa olundu. Bu illər göstərdi ki, Azərbaycanda fədakar, vətənpərvər bir nəsil yetişmişdir, gənclərimiz qorxmadan çəkinmədən vətən üçün canarından, qanlarından keçdilər, əsl qəhrəmanlıq tarixçəsi yazdılar.

         Beynalxalq aləmdə dövlətimizin prioritetləri yalnız milli maraqlara xidmət edir, aparılan uğurlu siyasət, beynalxalq tərəfdaşlıq münasibətlərinin formalaşmasına şərait yaradır, Azərbaycanın Qoşulmama hərakatında rəhbərliyi dövründə haqq və ədalət müdafiə edilir. Biz siyasi dialoqların tərəfdarıyıq, amma bu dialoqlar qaşılıqlı anlaşma, xoş niyyətlə olmalıdır.

         Bu gündən sonra da Azərbaycan beynalxaq aləmdə prinsipial mövqeuni ardıcıl davam etdirərərək ərazi bütövlüyümüz uğrunda aparılan mübarizədən geri durmayacaqdır.


Açar sözlər: