22.03.2021

Azərbaycan ordusunun şanlı zəfəri

 

            Azərbaycan Respublikasının Prezidenti , Ali baş komadan , cənab İlham Əliyevin işğaldan azad edilmiş Füzuli və Xocavəd rayonlarına səfəri nəyinki ölkəmizdə, həmiçinin dünyada böyük rezonans doğurmuşdur. Ölkə rəhbəri səfərlərindəki çıxışlarında bir daha 44 günlük hərbi əməliyyatlarda  Şanlı Azərbaycan ordusunun qazandığı tarixi qələbədən, bu qələbəni qazanmaq üçün Azərbaycan əsgərinin böyük qəhrəmanlıqlarından, zəfərə aparan yolun çətin, lakin şərəfli olmasından, hərbi əməliyyatların yüksək məharətlə hazırlığından ətraflı bəhs etmişdir. Cənab İlham Əliyev Azərbaycan əsgərinin yüksək mənəvi keyfiyyətlərindən bəhs edərək birr daha qeyd etmişdir: Azərbaycan əsgəri erməni faşizimindən fərqli  olaraq heç vaxt  mülki əhali ilə müharibə aparmamışdır.  Əsgərlərimiz onlara verilən tapşırıqları peşəkarcasına icra etmiş, hərbi strategiyanın bütün tələblərini fədakarlıqla yerinə yetirmişdir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan möhtərəm Prezident bir daha qeyd etmişdir ki, Qarabağ zonasında işğal altında olan torpaqlarda erməni əsgərlərinin barbarlığı nəticəsində daş üstə daş qalmamış, Füzuli, Cəbrayıl və işğal edilmiş şəhər və kəndlər yerlə yeksan edilmiş, tarixi abidələr dağıdılmış, demək olar ki, işğal edilmiş bütün ərazilər xarabalığa çevrilmişdir.  Ölkə Prezidenti Azərbaycan ordusunun tarixi missiyasından – Şuşanın, Hadrutun azad edilməsindən danışaraq bir daha bildirmişdir ki, Şuşasız bu qələbəninin heç bir əhəmiyyəti olmayacaqdır.  Ölkə Pezidenti tarixi Azıx mağarasına səfəri zamanı bildirmişdir ki, işğalçı erməni qüvvələri bu mağarada qanunsuz işlər aparmış, nəinki bizim, həm də dünyann tarixi irsinə ağıla gəlməz ziyanlar vurmuşdur.

            Bu gün bizlər öz torpaqlarımızın sahibi kimi bu ərazilərə qayıtmışıq. Azad edilmiş bütün torpaqlarda üçrəngli Azərbaycan bayrağı yüksələrə qaldırılmış və bu bayraqlar əbədi olaraq  Qarbağda dalğalanacaqdır.

             Ölkə başçısı bu səfərlər zamanı həyata keçiriləcək vəzfilərə toxunaraq qeyd etmişdir ki, bizim vəzifəmiz Qarabağda ən güclü infrastrukturu yaratmaq, köçkün əhalinin öz dədə - baba torpaqlarına qayıtması üçün bütün imkanları səfəbər etməkdən ibarət olmalıdır. Ali baş komandan Füzuli-Hadrut avtomobil yolunun təməl qoyma mərasimini həyata keçirməklə bir daha sübut etmişdir ki, Azərbaycan öz torpaqlarının sahibidir. Füzuli-Şuşa zəfər yolunun , Bərdə-Ağdam yolunun çəkilişi bütün dünyaya bir daha sübut edir:  Qarabağ Azərbaycandır!


Açar sözlər: