28.03.2021

Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur

 

            Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı, xarı bülbülün vətəni, Bülbülün, Rəşidin, Xanın beşiyi, Qarbağın baş tacı, ümid yerimiz – qibləgahımız, and yerimiz- alınmaz qalamız, cəsur Azərbaycan əsgərinin sıldırım qayalaradan aşaraq canları, qanları bahasına erməni faşizimindən qurtardığı vətən torpağı. Azərbaycanın Prezidenti, möhtərəm İlham Əliyev cənablarının bu torpağa Novruz bayramı ərəfəsində səfər etməsi heç də təsadüfi deyildir. 28 il sonra Şuşaya bayram gəlmişdi, zəfər ətirli, qəhrmanlıq səlnaməli bayram. Qarabağın baş tacı 44 günlük müharibə sonrası azad olunmuş, Pənahəli xanın ruhu azadlığa qovuşmuş, xarı bülbül daha əzəmətli çiçək açmışdır.  28 illik vətən həsrətinə, torpaq həsrətinə, muğam həsrətinə son qoyulmuş, sərgərdan dolaşan şəhid ruhaları azadlıq tapmışdır. Erməni vandallarının dağıtdığı tarixi abidələr, viran qoyduğu mədəniyyət ocaqları, tanınmaz etdikləri məscidlər, karvansarayalar, evlər, dini abidələr indi bərpasını gözləyir. Ölkə rəhbəri Şuşaya səfəri zamanı qətiyyətlə bildirmişdir: Şuşa şəhərinin yenidən bərpası üçün bütün imkan və qüvvələr səfərbər olacaqdır. Şuşa Azərbaycanın ən tarixi şəhəridir və həmişə də belə olacaqdır. Şuşa gözümüzün nurudur. Şuşanın bərpası yeni çəkilən yolun inşası  ilə başlamış, az müddətdə elektrik yarımstansiyası fəaliyyətə başlamış, Şuşa qaranlıqdan qurtulmuşdur.

            Bu gün biz zəfər bayramını qeyd edərkən bir daha Ali Baş Komandan İlham Əliyev cənablarının düzgün və düşünülmüş siyasətinin təntənəsinin şahidi oluruq. Qazanılmış qələbənin əsas səbəbi Ali Baş Komandanın uğurlu hərbi strategiyası,  cəsarərli xarici siyasəti olmuşdur. Biz bu tarixi qələbəni qeyd edərkən bir daha bildiririk: Azərbaycan xalqı möhtərəm İlham Əliyev cənabları ilə birlikdədir, biz birlikdə güclüyük, biz birlikdə tez bir zamanda Şuşanı, Qarabağı yenidən bərpa edəcək və əbədi torpaqlarımızda daha sıx məskunlaşacağıq. Bir daha dünyaya bəyan etdirik: Qarabağ Azərbaycandır!


Açar sözlər: