05.04.2021

Türk xalqalarının dostluğu sarsılmazdır.

 

         31 mart 2021-ci il tarixdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şürasının videokonfrans formasında Zirvə görüşü keçirilmişdir. Görüşdə Türk Şürasının fəxri sədri Nursultan Nazarbayev çıxış edərək, Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevi böyük zəfər münasibəti ilə təbrik etmiş, II Vətən müharibəsinin gedişində Türkiyə dövlətinin önəmli rol oynadığını bir daha qeyd etmişdir. Elbaşı çıxışında bu zəfərin hazırkı dövr üçün açdığı böyük imkanlardan, Böyük İpək Yolunun inkişafı üçün yaranmış vəziyyətdən ətraflı bəhs etmiş, türk xalqlarının birlik və bərabərlik əzimlərini bir daha nümayiş etdirmişdir. Zirvədə çıxış edən Şuranın hazırkı sədri İlham Əliyev cənabları iştirakçıları II Vətən müharibəsinə aparan tarixi həqiqətlərlə tanış edərək qeyd etmişdir ki, Ermənistan dövlətinin işğalçılıq siyasəti nəticəsində torpaqlarımız qəsb olunmuş, qəsb olunan yerlərdə yüzlərlə kənd, şəhər, mədəniyyət obiyektləri, tarixi abidələr yerlə yeksan olmuşdur. Ermənini faşizimi Xocalı qətlini törətmiş, 600 nəfərdən artıq günahsız insan qətlə yetirilmiş, onların arasında 106 nəfər qadın, 63 nəfər uşaq da olmuşdur. Azərbaycan dövləti öz siyasətində həmişə dinc yanaşı yaşamaq, sülh və əməkdaşlıq prinsipini əsas götürsə də işğalçı dövlət bir çox beynalxalq təşkilatların qəbul etdikləri qətnamələri heçə saymışdır. Bu qətnamələr arasında BMT Təhlükəsizlik Şürasının 4 qətnaməsi xüsusi əhəmiyyət kəsb etmişdir ki, həmin qətnamələrdə Ermənistanın qeyd və şərtsiz işğal etdikləri ərazilərdən çıxması öz əksini tapmışdır. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şürası Parlament Assambleyası Azərbaycanın haqlı mövqeini müdafiə etmişdir. Lakin 30 il ərzində bu qərar və qətnamələrdən Ermənistan dövləti nəticə çıxarmamış, hər dəfə qeyri-səmimi mövqe nümayiş etdirməklə son 2- 3 il ərzində açıqcasına işğalçılıq siyasətini gücləndirmişdir. Azərbaycan dövləti heç vaxt müharibə istəməmiş, müharibənin xalqların tarixində faciə olduğunu dəfələrlə bəyan etmişdir. Lakin bütün imkanlar tükənildiyində müharibənin qacınılmaz olduğu bir həqiqətdir və bu həqiqət II Vətən müharibəsi və bu müharibədə şanlı Azərbaycan əsgərinin böyük qələbəsi ilə nəticələndi. Mədəiyyət paytaxtımız Şuşa, işğal altında olan rayonlarımızın azad olunmasında Türkiyə dövlətinin rolu və xidmətləri danılmaz faktdır. Müharibənin gedişi bir daha sübut etmişdir ki, Azərbaycan –Türkiyə münasibətləri əbədidir, sarsılmazdır, dönməzdir. Müharibənin başa çatması ilə qarşımızda yeni üfüqlər açılmışdır. Tarixi Azərbaycan torpağı olan Zəngəzur dəhlizinin açılışı ilə həm Türkiyə, həm də Asiyanın Avropa ilə birləşməsi üçün yeni nəqliyyat dəhlizi yaranacaq, bu isə bölgənin iqtisadi cəhətdən daha da qüdrətlənməsinə səbəb olacaqdır.

         Yaşasın türk xalqlarının əbədi dosluğu!


Açar sözlər: