13.04.2021

Şəhid ailələri və müharibə iştirakçıları dövlət qayğısındadır

 

         II Vətən müharibəsində şanlı Azərbaycan ordusunun böyük zəfəri igid əsgərlərimizin canları və qanları bahasına, Ali Baş Komandan İlham Əliyev cənablarının düzgün və qətiyyətli siyasəti nəticəsində, Azərbaycan xalqının dəmir yumruq ətrafında sıx birləşməsi əsasında baş vermişdir. 44 günlük müharibədən keçən dövr sübut etmişdir ki, Azərbaycan dövləti öz əsgərinin, öz xalqının yanındadır. Müharibədən keçən müddətdə yaralar sarılır, dağıntılar aradan qaldırılır. Azərbaycanda şəhid ailələri, qazilər və müharibə iştirakçılarına dövlət qayğısı ən müasir əsaslarla qurulmuşdur. 8 dekabr 2020-ci il tarixdə ölkə Prezidentinin sərəncamı ilə yaradılmış “Yaşat Fondu” öz fəaliyyətini peşəkarlıqla həyata keçirməkdədir. Az müddət ərzində şəhidlik ailəsi statusu alanlara və ya qazilərə verilən istehlak krediti və borc öhdəliklərinin qarşılanması ,yaradıcı potensialın inkişafına kömək edilməsi, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi ilə əlaqədar xeyli fəaliyyət həyata keçirilmişdir. Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətinin əsas xəttini təşkil etmişdir.

         Erməni faşizimi işğalından azad olunmuş ərazilərdə böyük vandallıq etmiş , sosial binaları, yaşayış evləri, tarixi abidələr talan olunmuşdur. Artıq bu ərazilərdə bərpa işləri surətlə həyata keçirilməyə başlamışdır. Bu məqsədlə ölkə Prezidentinin 10.01.2021-ci il tarixli fərmanı ilə Qarabağ Dirçəliş Fondu təsis edilmişdir. Fond Publik hüquqi şəxs kimi yaradılmışdır. Fondun yaradılması bir daha dövlətin Qarabağ siyasətinin təzahürü olmuşdur. Fonda böyük həvəslə ianələr köçürülməsi sübut edir ki, mənəvi birliyimiz sarsılmazdır.  Azərbaycan xalqı ölkə Prezidenti ətrafında sıx birləşmişdir.

         Böyük qələbədən keçən müddət ərzində bütün sahələrdə olduğu kimi təhsil sistemində  II Vətən müharibəsi iştirakçıları diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Təhsil Nazirinin 28.01.2021-ci il tarixli təlimatı ilə pedaqoji kadrlar istisna olunmaqla digər vakant vəzifələrə işə qəbul zamanı öncüllük  II Vətən müharibəsi şəhid və qazi ailələrinə, həmçinin iştirakçılarına şamil edilir. Az müddət ərzində rayonun təhsil sistemində yaranmış 1 bağban, 2 psixoloq və 2 çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə II Vətən müharibəsi iştirakçıları və ya onların ailə üzvləri təyin edilmişdir. Bu istiqamətdə həayata keçirilən tədbirlər ardıcıllıqla davam edir. Azərbaycan dövləti öz siyasətində II Vətən müharibəsi iştirakçılarının sosial – məişət qayğılarının tamami ilə həll edilməsi prinsipini əsas götürür. Qeyd edilənlər göstərir ki, müharibə iştirakçıları, şəhid və qazi ailələrinin  sosial probemləri qısa müddət ərzində həll ediləcəkdir.


Açar sözlər: