16.04.2021

Qarşılıqlı əməkdaşlıq, dinc- yanaşı yaşamanın qarantıdır

13.04.2021-ci il tarixdə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış : münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynalxalq konfrans Azərbaycan xalqı ilə həmrəylik əlaməti kimi tarixə iz buraxdı.

         Konfransda 30 illik işğal altında qalan torpaqlarımızda törədilən talançılıq, 44 günlük müharibədə Azərbaycan əsgərinin rəşadətli qələbəsi, müharibədən sonra yaranmış yeni  iqtisadi-siyasi vəziyyət ətrafında müzakirələr aparıldı.

         Konfransda bir daha vurğulandı ki, Ermənstan istər I Qarabağ müharibəsində, istərsə də həmin müharibədən keçə illər ərzində insanlıq adına bir çox cinayətlər törətmiş, uşaqlar, qadınlar, yaşlılar ailələr alçaqcasına qətl edilmiş, şəhərlər, kəndlər bütün sosial obiyektlər, tarixi abidələr talan edilmişdir. Azərbaycan dövləti həmişə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, Ermənistanın işğalçılıq siyasəti buna imkan verməmişdir. Biz heç vaxt müharibə istəməmişik, lakin, qacınılmaz olduqda xalqımız öz torpaqları uğrunda qanından və canından keçməyə hazır olmuş, siyasi rəhbərlik ətrafında dəmir yumruq kimi sıx birləşmişdir. 44 günlük müharibə qaçınılmaz idi. Müharibənin gedişi də sübut etmişdir ki, Azərbaycan əsgəri heç vaxt dinc əhaliyə zərər yetirməmiş texniki vasitə hədəfləri yalnız hərbi hədəflər olmuşdur.

         Müharibədən sonra yeni vəziyyət yaranmışdır. Bu vəziyyətdə dinc- yanaşı yaşamağın mümükünlüyü Ermənistanın vətəndaş cəmiyyətlərindən çox açlıdır. Biz yaranmış vəziyyətdə bütün dünya ölkələrini regionda yaranmış sakitliyin uzunmüddətli bərpasına, qarşılıqlı əməkdaşlığa dəvət etmişik. Qonşuluq münasibələrinin qurulması üçün isə Ermənistanda dövləti konstruktiv mövqe tutmalıdır. Keçən müddət bir daha Azərbaycanın Cənubi Qafqazda dinc-yanaşı yaşamağa xidmət etdiyini, ədalətli və dəyişməz siyasətin tərəfdarı olduğunu sübut etmişdir. Konfrans dünyaya Azərbaycanın haqlı iki sifarişinin göndərilməsi ilə yadda qaldı. Bunlardan birincisi müharibə sona yetmiş, Azərbaycan ordusu şanlı qələbə qazanmışdır. İkincisi isə başlanan inkişaf və qarşılıqlı əməkdaşlıq mərhələsi olmalıdır. Azərbaycan dövləti bir daha bəyan etmişdir ki, qarşılıqlı əməkdaşlıq dinc-yanaşı yaşamanın qarantıdır.


Açar sözlər: