16.04.2021

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq simvolu- Hərbi Qənimətlər Parkı

         Şanlı Azərbaycan Ordusu II Vətən müharibəsində böyük qələbə əldə edərək 30 illik torpaq həsrətinə son qoydu. Qarabağ sözdə deyil, əməldə Azərbaycana qovuşdu. Qələbə Ali Baş Komandan İlham Əliyev cənablarının müdrik siyasəti, rəşadətli Azərbaycan ordusu rütbəlilərinin  düzgün strategiyası, qəhrəman Azərbaycan əsgərinin igidliyi nəticəsində əldə edildi. Xain düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi və qənimət olaraq ələ keçirildi. Azərbaycanda 5 ha ərazini əhatə edən “Hərbi Qənimətlər Parkı”nın yaradılması Azərbaycan xalqının iftixar hadisəsi oldu. Həmçinin bu park erməni faşiziminə göz dağı, onların cinayətlərinin sübutu kimi tarixdə öz yerini tutdu. Parkda müzəffər Azərbaycan Ordusunun müharibənin gedişində ələ keçirdiyi 2000-dən artıq hərbi maşınların nömrə nişanlarından hazırlanan kompozisiya “Qarabağ Azərbaycandır!” devizinə rəngarənlik gətirmiş oldu. Hərbi parkda beynalxalq təşkilatlar tərəfindən qadağan edilən və Şuşa şəhərinə atılan “İsgəndər-M” raketinin qalıqlarının nümayişi bir daha erməni faşiziminin iç üzünü açmış oldu. Park ərazisində nümayiş etdirilən 300-dən artıq eksponant , 150 –dən artıq hərbi texnika Azərbaycan əsgərinin böyük  qələbəsini bir daha dünyaya sübut etdi.

         Qarabağ uğrunda canlarından, qanlarından keçən Azərbaycan əsgərinin qəhrəmanlıq simvolu olan “Hərbi Qənimətlər Parkı” tarixlərdən çıxmış bir həqiqətin müharibənin bütün xalqlar üçün faciə olduğu həqiqətinin sübutudur. Azərbaycan xalqı öz birliyi ilə sübut edir ki, xalqlar birlikdə güclüdür. Xaqlar müdirik rəhbərin ətrafında sıx birləşəndə güclüdür və bu gücün qarşısında, ədalət, haqq uğrunda mübarizə aparan birliyin qarşısında nahaq diz çökəcəkdir. Bu  Parkın açılışı bir həqiqəti də özündə əks etdirmiş oldu: “Qarabağ Azərbaycandır!” Biz Qarabağa qayıdırıq. Biz tarixi torpaqlarımıza, tarixi köklərimizə qayıdırıq. Bu qayıdış daha möhtəşəm olacaq. Həsrətdə qalan Xarı bülbül daha əzəmətli çiçək açacaq. Xoşbəxt, firavan həyat başlayacaq.


Açar sözlər: